Söz Bulaq loqosu

Xəstə Qasım

Eylər-eylər

Qoşmalar
Bir elə kişinin tut ətəyindən,Bil sənə imdadı ol eylər-eylər.
Zərrəcə üstündə olsa nəzəriYerdən daş götürsən, ləl eylər-eylər,
Böhtan demə, böhtan tutar adamı,Qul eylər, bazarda satar adamı
Cəhənnəm odundan betər adamıYoxsulluq yandırar, kül eylər-eylər.
Aqil insan deməz hər gördüyünü,Daldalar düşməndən vay dərdiyini,
Görməzsən nakəsin pay verdiyini,Versə də, töhmətin bol eylər-eylər.
Xəstə Qasım deyər sözün bu başdan,Pay umma qohumdan, yaddan, qardaşdan,
Özün əmək çəksən, su çıxar daşdan,Əridər dağları yol eylər-eylər.