Söz Bulaq loqosu

Xəstə Qasım

Deyərlər

Qoşmalar
Ay ağalar, gəlin sizə söyləyim,Yalqız daşdan olmaz, divar deyərlər.
Bəzirgansan, aç mətahın, xırd eylə,Ararlar: yükündə nə var? — deyərlər.
Ovçu olan bəslər alıcı quşu,Sərraflar tanıyar qiymətli daşı,
Bir oğul atadan artırsa işi,El içində ona tavar deyərlər.
Qızıl gülü dəstə-dəstə dərginən,Dəribən də yaylıq üstə sərginən.
Hər nə versən öz əlinlə verginən,Yüz qadanı başdan sovar deyərlər.
Neynirəm bir bağı, barı olmasa,Alması, heyvası, narı olmasa.
Bir igidin dövlət-varı olmasa,Yeləksiz ox kimi çovar deyərlər.
İsgəndər atlandı, çıxdı zülmətdən,Qasım, Xızr içdi abı-həyatdan.
Bəhsə duşsə igiddən, qılıncdan, atdan;Süfrəni hamsınnan kübar deyərlər.