Ay qəsrdə duran gözəl,Niyə təksən, elin yoxdu?
Niyə pozğundu tellərin,Əl şanada, telin yoxdu?
Mən gəlirdim dağdan-daşdan,Sinəm yanır qəm-ataşdan,
Ayrılmısan yaşılbaşdan,Tək sonasan, gölün yoxdu?
Gəl dərdin Qasıma söylə,Bağrımın başını teylə,
Qonağa xoş gəldin eylə,Yoxsa, lalsai, dilin yoxdu?