Söz Bulaq loqosu

Xəstə Qasım

Üzhaüz

Şeir
Həqiqət bəhrində qəvvasam deyən,Qəvvas isən, gir dəryaya üzhaüz.
:Aşıq deyər: üzhaüz,:Sonam göldə üzhaüz,
:Qarı düşmən dost olmaz.:Yalvararsan üzhaüz.
Bir mərd ilə ilqarını vur başa,Namərd ilə kəs ülfəti üzhaüz.
Parçalandı gəmim, qaldı dərində,Qərq oldu ümmana, qaldı dərində.
:Aşıq deyər: dərində,:Dayazında, dərində,
:Sidqi, qəlbi düz olan,:Hərgiz qalmaz dərində.
Qismət olsa o mövlanım dərində,Üz döşəyək, səcdə qılaq üzhaüz.
Xəstə Qasım cananına can deyə.Can danışa, can eşidə, can deyə.
:Aşıq deyər: can deyə.:Vəfalıya can deyə,
:Görmədim hərcayılar,:Cananına can deyə.
Yox vəfalım, can deyənə can deyə,Bivəfasan, çək əlini üzhaüz.