Söz Bulaq loqosu

Xəstə Qasım

Görüncə

Şeir
Gözəllər gözəli, şahi-gülbədən,Didəm ağlar mən camalın görüncə.
:Aşıq deyər: görüncə,:Siyah telin görüncə,
:Get bir mərdə qul ol sən,:Namərd üzün görüncə.
Mina gərdən, büllur buxaq, diş inci,Çəkilibdi hilal qaşlar gör incə.
Kim yetikdi həqiqətin evinə,Həqiqətin, mərifətin evi nə?
:Aşıq deyər: evinə,:Xanəsinə, evinə,
:Yağıb qəmlər yağışı,:Viran könlüm evinə.
Dolanmayın heç namərdin evinə,Gözü çıxar bir qonağı görüncə.
Kim cahanda aşıq oldu avara,Dolandı dünyanı qaldı avara,
:Aşıq deyər: avara,:Məcnun gəzər avara,
:Uyma namərd felinə,:Səni qoyar avara.
Xəstə Qasım, nə gəzirsən avara,Ölüm yeydi bu günləri görüncə.