Söz Bulaq loqosu

Xəstə Qasım

Gəldi

Şeir
Əvvəl, əvvəl bu dünyaya,Adəm ata, həva gəldi.
Hökm olundu ilahidən,Yerə abır, həya gəldi.
Kimlər idi qıldı sayə?Kimlər əl götürdü xudayə?
Məhəmməd Əl Mustafayə,Kəlmə- kəlmə ayə gəldi.
On iki dəstədi gülümüz,Kəlmə gətirdi dilimiz.
Şahı mərdandı pirimiz,Salman ona dayə gəldi.
Xəstə Qasım tutar yası,Silinsin könlümün pası.
Behiştin bir dəst libası,Fatimeyi Zəhraya gəldi.