Gözəl, səndə nə qaydadı,Gedəni yoldan eylərsən.
Salarsan eşqin oduna,Ulusdan, eldən eylərsən.
Mən ha billəm sən əttarsan,Qənd ilə noğul satarsan.
Dəryalara tor atarsan,Sonanı göldən eylərsən.
Gözəl, nə bildin halımı,Əyibsən qəddü-dalımı.
Mən Qasıma bu zülümü,Kim eylərdi, sən eylərsən.