Söz Bulaq loqosu

Xəstə Qasım

Başına dolandığım

Şeir
Yaxşı olar qohum, qardaş,El, başına dolandığım.
Harda körsən, yara yalvar,Dil, başına dolandığım.
Budu gəldi bahar vaxtı,Siməm oldu yarın taxtı,
Soyuldu bulbülün rəxtiGül, başına dolandığım.
Qaşların qurar divanı,Taxtdan salar Süleymanı,
Xəstə Qasımın cananı,Al, başına dolandığım.