Səhər tezdən əzmi-gülşən eylədim,Qəm məni çulğadı, ay hayıf-hayıf.
:Aşıq deyər: ay hayıf!:Kimlər oldu, ay hayıf!
:Səniynən mən sevişdim,:Ayrı düşdüm ay, hayıf.
Bağban oldum, bağ bəslədim, çifayda,Dərmədim gülünü, ay hayıf-hayıf!
Sərrafın dəstində nə danə gördüm,Mürcü dəhanında nə danə gördüm.
:Aşıq, nə danə gördüm,:Xalın nə danə gördüm,
:Tülək tərlan tuş oldu:Axır nadənə, gördüm.
Gövhəri verdilər nadanə gördüm,Bilmədi qiymətin, ay hayıf-hayıf.
Oxudum dərsimi, çıxdım yasinə,İyid olan ixlas bağlar yasinə!
:Aşıq deyər yasına,:Namərd boynu ya sına
:Nanəcibə söz demə,:Ya inciyə, ya sına!
Qasım ölər ellər gələr yasına,Eşidənlər deyər, ay hayıf-hayıf.