Söz Bulaq loqosu

Şair

Xəlil Rza Ulutürk

1932 (Pirəbbə) – 1994 (Bakı) · Quzey Azərbaycan

Janrlar vətən şeiri, lirik şeir, poema

Xəlil Rza Ulutürk

Xəlil Rza Ulutürk (tam adı: Xəlil Rza oğlu Xəlilov; 21 oktyabr 1932, Pirəbbə, Salyan rayonu – 22 iyun 1994, Bakı) — şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1969), Azərbaycanın əməkdar incəsənət xadimi (1986), M. Axundov adına ədəbi mükafat laureatı (1991), Azərbaycan Respublikasının xalq şairi (1992). Ölümündən sonra "İstiqlal" ordeni ilə təltif olunub. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini bitirmişdir.Ədəbi fəaliyyətə isə tələbəlik illərində başlamış və ilk şeirləri mətbuatda dərc edilmişdir.

Uzun müddət Azərbaycan Yazıçılar Birliyində, habelə müxtəlif mətbuat orqanlarında çalışmışdır. O, həm də ədəbiyyatşünaslıq sahəsində araşdırmalar aparmış, Azərbaycan ədəbi irsinin öyrənilməsinə töhfə vermişdir. 1980-ci illərin sonlarında Azərbaycanın milli azadlıq hərəkatında fəal iştirak etmişdir. 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra həbs edilərək bir müddət Moskvanın Lefortovo həbsxanasında saxlanılmış, 1991-ci ildə həbsdən azad edilmişdir. Həbsdən sonra fəaliyyəti davam etdirmiş və müstəqillik dövründə Azərbaycanın nüfuzlu şairlərindən biri kimi tanınmışdır. 1992-ci ildə ona "Azərbaycanın Xalq Şairi" fəxri adı verilib.

Bu şairin şeirləri hələ əlavə edilməyib.