Söz Bulaq loqosu

Şair

Süleyman Rüstəm

1906 (Novxanı) – 1989 (Bakı) · Quzey Azərbaycan

Janrlar lirik şeir, vətən şeiri, satirik şeir

Süleyman Rüstəm

Süleyman Rüstəm (tam adı: Süleyman Əliabbas oğlu Rüstəmzadə; 12 mart 1906, Novxanı, Bakı quberniyası – 10 iyun 1989, Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən AYB-nin üzvü, Sosialist Əməyi Qəhrəmanı (1976), Azərbaycan SSR xalq şairi (1960), "Stalin" mükafatı (1950), 2 dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970, 1986). Süleyman Rüstəm 1906-cı il martın 12-də Bakının Novxanı kəndində anadan olmuşdur. 1925-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1929-cu ildə oradan Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsənət fakültəsinə köçürülmüşdür.

Zaqafqaziya Mərkəzi İcraiyyə komitəsinə üzv seçilmişdir (1935). 1940-cı ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin birinci çağırış deputatı seçilmişdir (1938). Bundan sonra ömrünün sonuna qədər bütün çağırışlarda deputat olmuşdur. Ədəbi fəaliyyətə 20-ci illərin əvvəllərində başlamış, 1922-ci ildə "Çimnaz xanım yuxudadır" birpərdəli komediyasını yazmışdır. "Unudulmuş gənc" adlı ilk mətbu şeiri 1923 ildə "Maarif və mədəniyyət" (indiki "Azərbaycan") jurnalında dərc olunmuşdur. "Ələmdən nəşəyə" adlı ilk şeir kitabı 1927-ci ildə nəşr edilmişdir.

Bu şairin şeirləri hələ əlavə edilməyib.