Ey qüdrətin asarı sənin ərzü səma,Ey amri qılan kövnü məkanı peyda.
Vəchindən əgər almasa nurin, xürşid –Bir zərrə qədər cahanə verməzdi ziya.
Şəhri-Qarabağə Şişə qoymuşlar ad,Bu şəhr pərilərdən olubdur abad.
Təsxiri-pəri şişədə qılmaq xoşdur,Əmma, bu pərirulər əlindən fəryad!
Bu Gəncədə bir gənci-nihanım qaldı,Bir simbədən, qönçədəhanım qaldı.
Tanrı bili kim, tari-səri-zülfündəGuya üzülüb rişteyi-canım qaldı.
Var Ərdəbilin xeyli gözəl torpağı,Tər yoncası, göy səbzəsi, xürrəm bağı.
Hərdəm ki, düşər yadıma, həsrət çəkərəm,Bali-Səbəlan ilə gomuş qaymağı.
Xaki-Nəcəfi-Əşrəfə oldum vasil,Səd şükr xudayə, feyz aldım kamil,
Sərsəbz olub məzrəeyi-amalım,Xirmən-xirmən səadət etdim hasil.
Tiflisdə bir sərvqədü siməndam,Mehmanım olub bir gecə içdi neçə cam,
Sordum ləbini güldü, dedi: ey Seyyid,Şər ilə məgər degil sizə badə həram?
Ey Şeyx Nizami, ey nizami dağılan,Ey Gəncədə izzü ehtişamı dağılan,
Olmuşmu səninlə mən kimi aləmdəBeyti, evi, məktəbi, kəlamı dağılan?