Söz Bulaq loqosu

Seyid Əzim Şirvani

Xoş ol zaman kı, yar mənə həmzəban idi

Şeir
Xoş ol zaman kı, yar mənə həmzəban idi,Bəzmim cəmali-yar ilə rəşki-cinan idi,
Sultan idim ki, hər yana hökmüm rəvan idi,Dövlət qulam idi mənə, bəxtim cəvan idi,
Cani-həzinə həmdəmü arami-can idi;Dəmlər o dəmlər idi, zaman ol zaman idi.
Xurşidgun şərablə dolmuşdu camımız,Ol mah ilə keçirdi bizim sübhü şamımız,
Dövri-fələkdə hasil olurdu məramımız,Xaki-dərindən özgə yox idi məqamımız,
Bülbüllərə o sahəti-qüds aşiyan idi,Dəmlər o dəmlər idi, zaman ol zaman idi.
Hicrin əgərçi görmüş idim mübtəlalərin,Dildən-dilə eşitmiş idim macəralərin,
Bunca təsəvvür eyləməz idim bəlalərin,Can çəkmiş idi möhnəti-hicran cəfalardan,
Xəlvətsərayi-vəsldə dil kamran idi;Dəmlər o dəmlər idi, zaman ol zaman idi.
Könlüm o mahdən açılırdı kərəm görüb,Mehrin ziyadə, cövrü cəfasını kəm görüb.
Ol gül mənə açıldığını dəmbədəm görüb,Bəzmi-visalda özünü möhtərəm görüb,
Rəşk ilə qönçə tək dili-bədxah qan idi;Dəmlər o dəmlər idi, zaman ol zaman idi.
Ol gül mənimlə həmdəm idi hər bahardə,Gəh daməni-çəməndə, gəhi laləzardə,
Bülbül təki işim yox idi ahü zardə,Seyyid ki məskən etmiş idi kuyi-yardə,
Ezaz ilə bir Adəmi-cənnətməkan idi;Dəmlər o dəmlər idi, zamam ol zaman idi.