Söz Bulaq loqosu

Seyid Əzim Şirvani

Riyakar abid

XIX əsrin şeirləri
Abidi dəvət etdi bir sultan,Ta ola xani-lütfünə mehman.
Dedi abid ki, bir dəvə yeyərəm,Özümü mən zəif göstərərəm.
Çün görər zəfimi şəhi-dövranMənə eylər ibadət ilə güman.
Deyəcək kəsrəti-ibadətdən,Abid olmuş zəif taətdən.
Etiqadi ziyad olur şahın,Rəhməti izdiyad olur şahın.
Yedi ol bir dəva ki, qatil idi,Dərzəman abidi həlak etdi.
Rəsmi-mərufdir ki, əhli-riyaÖzünü dəhrdə edər rüsva.