Bar idi bir qarınqulu abid,Əhli-təqva, müqəddəsü zahid.
Hər gecə nan yeyirdi on batman,Sübhəcən xətm edirdi bir Quran.
Onu da sübhədək namaz üstə,Əsl məbuduna niyaz üstə.
Bir nəfər şəxs eşitdi ani, dedi:-Nim nan gər yesəydi, yatsa idi,
bu ibadətdən çox əfzəl idi.Hiç şəkk yox ki, mərdi-əkməl idi.
Qarnuvu qıl təamdan xali,Olasan ta ki, hikmətə hali.
Qıl tənavül təami sən kəm-kəm,İbni adəmsən, olma ibn-şikəm.