Var idi bir ədibi-danişmənd,Bəhri-elmü kəmalü mədəni-pənd.
Eyləyib elmü fəzl icadın,Elmə təhris edərdi övladın.
Ona şah oğlun eylədi təslim,Ta ona elmü fəzl edə təlim.
Dedi kim, ey ədibi-fərzanə,Sənə təslimdir bu dürdanə.
Necə ki, oğluva edirsən cəhd,Ona da eylə elmi-hikməti əhd.
Ta ədib etdi hökmi-şahı qəbul,Oldu, insanı gör, zəlumü cəhul.
Neçə il çəkdi zəhmət ol dana,Olmadı bir fərasəti peyda.
Leyk övladi-bakəmali-ədibHər biri fəzldən apardı nəsib.
Şah bir gün ədibə qıldı xitab,Eylədi qeyz ilə itabə şitab –
Key müəllim, bu nə xəyanətdir?Bu nə ixlasü nə iradətdir?
Əhdüvə hiç səndə yoxdu vəfa,“Fə iza xaləfəl-kərimü cəfa”.
Ərz qıldı ədib, key sultan,Tərbiyətdir zəmanədə yeksan.
Müxtəlifdir və leyk istedad –Ki, müqəssir deyil yəqin ustad.
Daş-ara simü zərdü gər müzmər,Leyk hər daşda yoxdu sim ilə zər.
Oldu dəhrə Süheyl nurəfşan,Müxtəlif zahir oldu bəs əlvan.
Cümlə əlvan Süheyldəndir əgər,Verdi hər cüzi-ərzə rəngi-digər,
Aldı hər ciz feyzi-mövlasın,Eylədi zahir öz təqazasın.
Agəh ol kim, bir əmrdir müşkül –Ki, verə şurəzarlər sünbül.
Seyyida, çəkmə zəhməti-bica,Hər şey öz batinin edər peyda.