Söz Bulaq loqosu

Seyid Əzim Şirvani

Oğluma xitab

XIX əsrin şeirləri
Ey oğul, olma talibi-badə,Getməsin ta ki, izzətin badə.
Badənin zuri əqli zail edər,Adəmi hər fəsadə mail edər.
Əqldəndir şərafəti-insan,Olmasa əql, mərd olur nadan.
Badə tabı olur şüura hicab,Əqli məstur eyləyib meyi-nab.
Veribən simü zər şərab alma,Ey oğul, əqlüvə hicab alma...
Bil ki, ümmül-fəsaddır badə,Verdi çox xanimanları badə.
Bir zaman gərçi mən üzüqarəVar idim badənuşü meyxarə:
Mənə mənzil şərabxanə idi,Həmdəmim çəng ilə çağanə idi;
Məclisimdə həmişə hal əhli,Mərifət məcməyi, kəmal əhli;
Həmdəmim hər büti-pərivəş idi,Mənə məşrəb şərabi-biğəş idi;
Arü, namusü, qeyrəti atdım.Baş qoyub xüm ayağına yatdım;
Gecələr məst, ta səhər bəngi,Həmbüsatım müğənniyü çəngi;
Çəkməmiş başıma səhərlər əyağ.Olmaz idim durub yerimdən oayğ;
Gərçi elmü fərasətim çox idi,Əhli-fəzl içrə hörmətim yox idi;
Məst olub xəlq ilə cidal etdim,Əqlimi cəhlə payimal etdim;
Məstlikdən olan zaman huşyar,Gördüm əldən gedibdü qeyrətü ar;
Incinib cümlə yarü ənsarım,Qalmayıb kimsənə havadarım;
Çıxmışam ta ki, məst bazarə,Gəlmişəm rast hər dilazarə;
Əlidaşlı uşaqlar hər yanMəni-bədməstə oldu səngzənan;
Batmışam gül kimi qızıl qanə,Dönmüşəm sərbəsər gülüstanə;
Ta ki, tövfiq oldu həmrahım,Lütflər eylədi mənə şahım;
Ta hidayət çirağı saldı ziya,Qəlbimi rövşən etdi nuri-xuda.
Eylədim pak camdən tövbə,Dəxi şürbi-müdamdən tövbə...