Söz Bulaq loqosu

Seyid Əzim Şirvani

Oğluma nəsihət

XIX əsrin şeirləri
Cəfər, ey xəstə cismimin cani,Səd ya nəhs olan günü tani.
Səd o gündür ki, kam ola hasil,Olasan öz muraduva vasil.
Nəhs o gündür ki, qismətin qəmdir,Sənə ol aşiri-məhərrəmdir.
Birinə nəhs olan gün, ey dana,Birinə səd olur, deyil bu həba.
Belədir karü bari-cümlə cahan,Birinə sud olur, birinə ziyan.
Birinə bir zaman olur xürrəm,Birinə ol zaman olur matəm.
Kim ki, bir qəmdə əhli-matəmdir,Eydi-novruz ona məərrəmdir.