Ey oğul, olma çox da sadəzəmirTa sənə mərdüm eyləyə təzvir.
Xəlq olub məkrü hiylədə kamil,Sadəlövh olma sən də, ey qafil.
Zirək ol, yaxşıya yaman olma,Xəlqdən çox da bədgüman olma.
Hər sözü yoxla, eyləmə bavər,Dari-dünyadə azdı doğru xəbər.
Çoxdu dünyadə mərdi-hiyləşüar,Zahiri sadədil, özü əyyar.
Məsti-layəqil olma, huşyar ol,Xəlqin övzainə xəbərdər ol....