Söz Bulaq loqosu

Seyid Əzim Şirvani

Molla və çoban əhvalatı

XIX əsrin şeirləri
Bir çoban rast gəldi mollayə,Görcəyin düşdü özgə sövdayə.
Kəsdi ol mollanın qabağını,Qovzadı şəst ilə çomağını,
Dedi: - Ey mövtü mərk əsbabı,Əhli-təzvirü mərdi-qullabi,
Dəli şeytan deyir ki, bir dəyənəkMollanın zolla başına, zirək!
Dedi molla ki, ey çobani-dəğəl,Dəli şeytan sözünə etmə əməl.
Adəmi ol çıxartdı cənnətdən,Qıldı məhrum nazü nemətdən.
Tul qəflətdən ictinab eylə,Əqlə gəl, taət et, səvab eylə!
Dedi: - Şeytan yenə deyir ki, manaEylə mollayə iki quzu əta.
Çün eşitdi quzu adın mollaDedi: - Əhsən bu qövlə, namxuda!
Gah bir bax sözünə şeytanın,Ta ki, rahət ola dilü canın.
Seyyida, gərci sən də mollasən,Özüvü etmə böylə rüsvə sən.
Olma, təmma, get qənaət qıl,Nəfsi-şeytanüvü məlamət qıl.
İmtəhanxanədir sərayi-sipənc,Bi tilismatda nühandır gənc.