Cəfər, ey ahiyi-biyabanım,Ey biyabani-dildə ceyranım!
Ey maralım, gəvəzni-xoşnigəhim,Bürci-dildə cəmalı mehrü nəhim!
Belə yazmış bu rəmzi danalər,Əhli-idrakü əhli-mənalər –
Ki, cahan içrə var elə işlərNəzərə ibtidadə xoş görünür.
Lakin axır verər nəticə yaman.Buna şahiddir ayeyi-Quran.
Elə işlər də vardır, ey sərvər,Sənə zahirdə çox yaman görünər,
Leyk axır verər nəticeyi-sud,Olur ol mr sülləmi-məqsud.
Huş ilə guş qılsın, ey güli-tər,Bu hekayət sənə kifayət edər.