Günü gündən zəlilü xar oluruq,Möhnətü qüssəyə düçar oluruq.
Bu qədər dərd kim olur hadis,Ona bielmlik olur bais.
Bir bəladır bu dərdi-nadani,Ki onun elm olubdu dərmani.
Elmsiz kimsənə hünərsizdir,Elmi-bitərbiyət səmərsizdir.
Tərbiyət mayeyi səadətdir.Tərbiyət şəxsə malü dövlətdir.
Elmdir baisi-tərəqqiyi-tam,Alimə tay deyil güruhi-əvam.