Söz Bulaq loqosu

Seyid Əzim Şirvani

Məktəbli ilə müəllimin əhvalatı

XIX əsrin şeirləri
Bir uşaq incimişdi məktəbdən,Dedi: - Ey xaliqi-zəminü zəmən,
Bir ölüm ver bizim bu ustadə,Ta olum məktəbindən azadə.
Bir doyunca gedim gəzim baği,Həm edim baği seyr, həm daği.
Bu duani eşitdi mollası,Dedi: - Oğlum, bunun nə mənası?
Mən əgər rehlət etsəm üqbayə,Qoyar atan bir özgə mollayə.
Atanın mərgini istə, ey nadan,Qalasan ta yetimü sərgərdan.