Seyrə çıxmışdı bir gün İsgəndər,Rast bir novcəvanə gəldi səhər.
Sərbürəhnə, cünunü divanə,Mənzili bir fəzayi-viranə.
Etdi divanəyə o şah xitab,Oldu divanə müstəndi-cəvab.
Dedi mən padşahi-dövranəm,Rübi-məskunə, bil ki, sultanəm.
Zati-pakımda çün nəcabət var,Məndə dərya kimi səxavət var.
Hər nə sən istəsən olur hasil,İstə bir şey ki, ta ola vasil.
Dedi divanə: - Ey şəhi-məğrur,Məndən eylə bu dəm məkəsləri dur.
Mənə milçəklər eyləyir azar,Məndən olsun buyur, bu ləhzə kənar.
Dedi sultan ona ki, divanə,Bir şey istə ki, qadirəm anə.
Güldü divanə, söylədi: - Ey şah,Qüdrətin xeyli var imiş kutah.
Qüdrətin çünki yoxdu bir məkəsə,Edəcəksən nə lütf hiç kəsə.
Mən təki çünki sən də acizsən,Özüvə görmə fəxri çaiz sən.
Seyyida, gör ki, sərvəri-mərdanEyləyib xütbədə bu rəmzi bəyan.
Xeyli acizdü bu bəni-adəm,Bir məkəsdən çəkir bəlavü ələm.
Məkəsə hökm qılsa ol qəyyum,Fil xortumuna salar xortum.