Bir səbət şişə bir nəfər həmmal,Aparırdı dalında malamal.
Nagəhan rast gəldi bir əşşar,Bir dəmiri əlində əsbsüvar.
Səbətə vurdu mili ol sərməst,Şişənin əksərini qıldı şikəst.
Dedi ondan: - Nədir bu, ey həmmal?Dedi ki, vurmamış gərəkdi sual.
Bir də vursan, dedi, deyil bir şey,Hər nə var idi, oldu cümləsi teyy.