Söz Bulaq loqosu

Seyid Əzim Şirvani

Əzudüddövlənin oğlunun xəstələnməsi

XIX əsrin şeirləri
Əzudun oğlu oldu çün bimar,Atasından tükəndi səbrü qərar.
Dedi bir abidi-fəriştənihad:Quşları eylə bənddən azad.
Ta xuda oğluva şəfa versin,Lütf ilə dərdinə dəva versin.
Ol xudavəndi-ədlü bəxşişü dad,Etdi bülbülləri o dəm azad.
Leyk bir əndəlibi-nəğməsəraNəğməsindən müzəyyən oldu səra,
Qaldı künci-qəfəsdə zarü əsir,Biqərarü həzinü bəs dilgir.
Əzudun oğlu ta ki, tapdı şəfa,Bilib əhvalı ol güli-rəna.
Dedi: - Ey bülbüli-Məsihnəfəs,Səni sövtün qoyub əsiri-qəfəs.
Olmasaydı əgər bu göftarın,Olma idi bu gunə azarın.
Neçə ki, Seyyidi-bədikəlamDil bəlasın çəkər cahanda müdam.
Nitqdəndir bəlalər insanə,Nitq elə hər sözü həkimanə.
Demirəm ki, həmişə xamuş ol,Nitq həgamı sahibi-huş ol.
Necə kim Sədi eyləmiş israr:“Əvvəl əndişə, vongəhi göftar”.
Fikr qılmaq binadü, söz divar.“Paybəst amədəst, pəs divar”