Söz Bulaq loqosu

Seyid Əzim Şirvani

Dilənçi və xəsis

XIX əsrin şeirləri
Var idi bir bəxili-sahibmal,Bir fəqir gəldi ondan etdi sual,
Dedi ki, müstəhəqqəm, ey mövla,Mənə vəchi-kifaf eylə əta.
Dedi: - Bir söz deyim, gər etsən əməlSənə ehsan olur “fəmən-yəməl”.
Eyləsən gər mənim sözümü rəva,Edərəm hər nə xahiş etsən əta.
Şad olub ol fəqirü bisərü pa,Dedi: - Etdim qəbul, ey ağa,
O nə sözdür, onu bəyan eylə,Dürci-ləl aç kühər fəşan eylə.
Sözüvü vəhy tək hesab edərəm,Ta ki, təhsilinə şitab edərəm.
Dedi: - Ol söz budur, ey əhli-təəb,Heç bir zad məndən etmə tələb.
Bundan özgə muradın, ey sail,Hər nə müşkül ola olur hasil.
Sayyida, olma sən vəbali-bəxil,Özünün vizri oldu mali-bəxil.
Tutma göz dövlətü mənalından,Yemə loğma bəxil malından.
Tələbi-teyyibati-təhsindir,“Əl xəbisati lil-xəbisinin” dir.