Söz Bulaq loqosu

Seyid Əzim Şirvani

Dəvə ilə eşşəyin yol getməsi

Şeirlər
Bir dəvə bir uzunqulaq ilə,Yol gedirdilər çox damağ ilə.
Çatdılar bir çayın qırağinə,Dəydi bu eşşəyin damağinə.
Dəvənin çünki su belindən idi,Çağırıb ol uzunqulağı dedi:
Qorxma, gəl sən də, ey rəvani-tənim,Su belimdən deyil yuxarı mənim.
Verdi eşşək cavab ona:-Ey yar,O belindən sənin olan ənhar,

Daxil olsam mənim başımdan aşar...