Bir nəfər mərd getdi təhsilə -Ki, yetirsin ülumi təkmilə.
Neçə illər ki, qaldı qürbətdə,Oldu övqatı sərf işrətdə.
Nə kitabü nə dərsü nə təkrar,Eyşü işrətdə qaldı leylü nəhar.
Elmdən bir şey etməyib hasil,Vətənə gəldi alimi-cahil.
O zaman kim, vətəndə qaim idi,Binəva bundan artıq alim idi.
Gəlibən xəlq, bədi-həmdü sənaEtdilər iltimas, key mövla,
Neçə illərdü ey imami-kəbir,Yoluva göz dikib səğirü kəbir,
Cəm olubdur bu dəm vəznü şərif,Məscidi-cameə gətir təşrif.
Bizə üç gün gərəkdü vəz edəsən,Rəsmü adabi-şəri öyrədəsən,
Məhşər əhvalını bəyanə gətir,Qəlblər kim, ölübdü – canə gətir.
Gördü kim, izdiham edibdir əvam,Edibən məscidə o dəmdə xuram,
Duruban başə qoydu əmmamə,Geydi nəleynini o əllamə.
Gəldi məsciddə oldu pişnəmaz,Etdi bəd əznəmaz razü niyaz
Ərseyi-minbər üstü tutdu qərar,Edər avaz, key ülül-əbsar.
Siz bilirsiz əya güruhi-fəqir?Dedilər: — Bilmirik, elə təqrir.
Bilməyənçün, dedi, edim nə bəyan?Edibən qəhr, düşdü oldu rəvan.
Yenə fərda edər o qövmə xitab –Ki, bilirsiz, əya küruhi-dəvab?
Dedilər kim, bəli, əya mövla,Bilirik, ey imami-ərzü səma!
Dedi kim, bəs bilirsiz ey bipir,Dəxi bica nə eylərim təqrir?
Yenə düşdü aşağə minbərdən,Getdi ol naibi-imami-zəmən.
Yenə fərda edər o qövmə xitab-Ki, bilirsiz əya küruhu-lübab?
Dedilər: — Nisfimiz bilir, əmmaNisfimiz bilmir, ey imami-hüda.
Dedi kim, ol, bilən güruhi-əlimEyləsin bilməyənlərə təlim.
Dedilər mərhəba bu göftarə!Budu söz, dərdə eylədin çarə.
Elmi bir kəlmədə təmam elədin.Çareyi-dərdi-xasü am elədin.
Sən təki olsa alimü fazilBizi hər mətləbə edər vasil.
Həqq-təala verib kəmal sənə,Aldığın pul ola həlal sənə!