Çay kənarında bir nəfər abidHəqqə olmuşdu şövq ilə sacid.
Gördü bir kəllə su üzündə əyan,Aparır çay aşağə seyli-rəvan.
Durub abid o kəlləyə yetdi,Kəllənin halını sual etdi.
O quru kəllə nitqə gəldi rəvan,Dedi: - Ey abidi-fəriştənişan,
Şah idim mən cahanda izzət ilə,Ruzgarım keçirdi şövkət ilə.
Tac ilə təxtü dövlətim var idi,Gəncü zərrü rəiyyətim var idi.
Hər tərəf işlər idi fərmanım,Xoş keçərdi həmişə dövranım.
Məclisimdə müdam cami-şərab,Saqivü badə, çəkgü tarü rübab.
Neçə zərrinkəmər qulamlərim,Hasil idi cahanda kamlərim.
Məclisim xüld badə kövsər idi,Hər murad istəyəm-müyəssər idi.
Eylədi dəhr eyşimi bərbad,Mürği-ruhə əcəl olub səyyad,
Mənzilim ta ki bir məğak oldu,Bədənim döndü tirə xak oldu.
Qəbrimi seyl həm fəna qıldı,Məni bu halə mübtəla qıldı.
Seyyida, bir diyardır bu fəna-Ki, bərabərdir onda şahü gəda...