Söz Bulaq loqosu

Şair

Səməd Vurğun

1906 (Yuxarı Salahlı) – 1956 (Bakı) · Quzey Azərbaycan

Janrlar lirik şeir, poema, dram

Səməd Vurğun

Səməd Vurğun (doğum adı: Səməd Yusif oğlu Vəkilov; 21 mart 1906, Yuxarı Salahlı, Yelizavetpol quberniyası – 27 may 1956, Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, Azərbaycanın ilk xalq şairi (1956), 2 dəfə "Stalin" mükafatı laureatı (1941, 1942) və 2 dəfə "Lenin" ordeni laureatı, Azərbaycan Yazıçılar İttifaqının sədri (1941–1948), Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1945) və vitse-prezidenti (1954–1956). Səməd Yusif oğlu Vəkilov 21 mart 1906-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ibtidai təhsilini kənddəki rus-tatar məktəbində almışdır.

Onun 6 yaşı olarkən anası Məhbub xanım 28 yaşında vəfat etmiş, atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyümüşdür. Şairin ana babası Mehdixan ağa Köhənsal təxəllüsü ilə tanınan el şairi idi. Şairin ana nənəsi Aişə xanım görkəmli Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqifin nəslindən idi. 1918-ci ildə Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək, Qazax müəllimlər seminariyasını təşkil edir.

Məşhur əsərləri: Vaqif; Aygün; Muğan; Xanlar; Fərhad və Şirin; Komsomol poeması

Bu şairin şeirləri hələ əlavə edilməyib.