Taki rüxsarindən ərrəhman ələl-ərş-istiva,Həm anın şənində münzəl ayəti-şəmsül-züha.
Sureyi-Tahavü Yasinü təbarək hüsnünə,Gör nə təzim eyləmişdir həq taala rəbbəna.
Münfəildir, tələtindən dər fələk, xurşidü mah,Şol cəhətdən kim, yüzün-nurindən almışdır ziya.
Valehü sərkəştədir aləmdə əhli-mərifət,Vəchinə ey gövhəri-pakizəyi-ərzü səma.
Bu Xətaidən inayət kəsmə, ey şahi-kərəm,Canə yetmişdir cəfadən lütf edib qılgil vəfa.