Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Ta kim, zülfin niqabi mahtab üstündədir

XVI əsrin qəzəlləri
Ta kim, zülfin niqabi mahtab üstündədir,Bir bulud nisbətlidir, kim, afitab üstündədir.
Gün təki yüzün cəhanə zahir olmuşdur, vəli,Bu əcəb kim, bəndədən daim hicab üstündədir.
Eşqiniz, kim oldu bu viranə könlüm məskəni,Gəncə bənzər kim, yeri daim xərab üstündədir.
Zahidi-gümrahi gör, divarə eylər səcdəni,Ol günəhkar öylə sanur kim, səvab üstündədir.
Bu əcəb kim, bəndədən daim hicab üstündədir.Oda bənzər kim, həmişə ol kəbab üstündədir.