Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Pərtövi-hüsnündən ey dilbər, cahan pürnur olur

XVI əsrin qəzəlləri
Pərtövi-hüsnündən ey dilbər, cahan pürnur olur,Binəvadır ki, vüsalından həbibin dur olur.
Ey pəriru sən mana hərgiz nəzər qılsan benaz,Müddəi bu qüssədən eynülyəqin rəncur olur.
Zahidin cövründə gər viran olursa mülki-dil,Ğəm deyil, cana, çü vəslindən yenə məmur olur.
Hüsni dövründə baxın, heç iltifat etməz mənə,Kim, görübdür mövsimi-gül bağiban məqdur olur.
Təşnədildir bu Xətai, can veribdir ləlinə,Necə kim ləlin əsəldir, dil ona zənbur olur.