Könlümü alan mənim ol dilrüba yarım durur,Gərçi könlümni alur, amma ki, qəmxarım durur.
Necə kim, cövri-cəfa qılsan bu mən dilxəstəyə,Eyləmən ondan şikayət kim, vəfadarım durur.
Gecələr də uyxu gəlməz gözümə qan ağlaram,Köydəki kövkəb deyil, şol çeşmi-bidarım durur.
Tanrı üçün, yola gəlsən, bir qədəm ahəstə bas,Ayağın altında topraq cismi-bimarım durur.
Bu Xətai afitabə eylədi göydə nəzər,Yar aydır, kim; "ona bax, əksi-rüxsarım durur".