Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Həq ləbindən ğönçəni gülşəndə xəndan eyləmiş

XVI əsrin qəzəlləri
Həq ləbindən ğönçəni gülşəndə xəndan eyləmiş,Leyk bu nazikliyi lütf ilə çəndan eyləmiş.
Qamətinin kölgəsi tərhin götürmüş bağiban,Bağda əksindən onun sərvi-xuraman eyləmiş.
Div oğurlamışdı bir zərrə dəhanın nəqşini,Varmış, ondan xatəmi-mehri-Süleyman eyləmiş,
Zülməti-zülfində içmiş, ləblərin abini Xızr,Heyyi baqi bulmuş adın abi-heyvan eyləmiş.
Şanədən məşşatə salmış hər saçın, qılın yerə,Sərbəsər xaki-cəhani ənbərəfşan eyləmiş.
Arizin bağində bir mürği-hərim olmuş Xəlil,Ol səbəbdən həq ona odu gülüstan eyləmiş.
Bu Xətai qanını tökməkdə ikən, tökmədin,Onda hər müfti ki, mən etmiş səni, qan eyləmiş.