Görəli ol mah yüzün, başıma yüz sövda düşər,Rüxlərin manəndi ancaq bir güli-həmra düşər.
Ey könül, əql əhli isən, sevmə xublar yüzini,Xubların dərdinə ancaq bu dili-şeyda düşər.
Ey sənəm, xublar içində sən düşübsən sərfəraz,Eylə kim, bağ içrə rəna sərvi-xoş bala düşər.
Heyf ola çeşmini cana, nərgizə nisbət qılım,Xansı nərgiz gözlərintək məstü həm şəhla düşər?
Necə olmasın Xətai eşq ilən divanə kim,Könlünə hərdəm sənintək bir pərisima düşər.