Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Gəl təraş et xəttini, şahi-cahan üç gündə bir

XVI əsrin qəzəlləri
Gəl təraş et xəttini, şahi-cahan üç gündə bir,Ta olasan afəti-dövri-zaman üç gündə bir.
Mən səni çoxdan sevərdim, bilməmişsən, ey pəri,Öldürür aşiqini verməz aman üç gündə bir.
Çar əbru dilbəri sevdim, ğərəz qucmaq dəgil,Mərhaba etsin bizimlə tək haman üç gündə bir.
İki cahan hörmət içün sufi gəlsin can ilə,İçəlim ləli-şərabi-ərğəvan üç gündə bir.
Ey günəş yüzlü, yüzün göstər Xətai bəndənə,Nur ilə dolsun zəminü asiman üç gündə bir.