Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Əz qeylü qal mədrəsə xoşdur ki, olsa dur

XVI əsrin qəzəlləri
Əz qeylü qal mədrəsə xoşdur ki, olsa dur,Ey dil, həzər qıl onda ki, yoxdur sana qüsur.
Meyxanə küncün istə, deyər, saqiyi-lətif,Öz vəhdətində ol ki, çü allah imiş qəfur.
Əfsanə sözlü vaizi görsən məlamət et,Ta xəlq içində eyləməyə razini zühur.
Bulsun bu malü mülkü və gər hiç bulmasın,Neyçün ki, vəsl yardır ancaq mana zərür.
Səndən Xətai mehrü vəfa iltimas edər,Yarəb, müradi aşiqi-biçarənin budur!