Ey pəri, hüsnin sənin cani-cahandan yaxşıdır,Bəlkə, ancaq can deyil, canü cahandan yaxşıdır.
Gərçi Yəqubi zəif etdi fəraqi Yusifin,Zəf içində ol dəxi mən natəvandan yaxşıdır.
Öyməyin mahi-fələyin pərtövi-rüxsarini,Ol pərinin hüsnü mahi-asimandan yaxşıdır.
Aşiqi viranədən mən etmə, ey əql əhli, kim,Xəstədil Məcnunə səhra xanumandan yaxşıdır.
Bu Xətai cu kənarında nə baxsın sərvə kim,Qəddi-dilcuyi onun sərvi-rəvandan yaxşıdır.