Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Ey həq əhli, sən sənin cismində beytullahi gör

XVI əsrin qəzəlləri
Ey həq əhli, sən sənin cismində beytullahi gör,Xancarü əzm eyləsən lövhində ərşüllahi gör.
Adəmin şənində, kərrəmna, dedi nitqi-ilah,Əhli-mənasan, həqiqət sümmə vəchüllahi gör.
Zakirəm, zikr eylərəm könlümdə özgə kimsə yox,Natiqəm, nitqi-hidayət gəl həbibullahi gör.
Hazihi-cənnatiədnin dəftərin şərh eyləyən,İblis olma, gəl sücud eylə, bu babüllahi gör.
Lövhi-məfhuzin Xətai əbcədin qıldı bəyan,Div deyilsən, xatəmin xətmində Fəzlüllahı gör.