Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Cahü dilmi qoymuşam yolunda mən ey dilrüba

XVI əsrin qəzəlləri
Canü dilmi qoymuşam yolunda mən ey dilrüba,Taki uyxuda görər mən sən təki bir məhliqa.
Taki eşqinin bəlası canıma kar eylədi,Ey təbibim, bilməzəm kim, varmı bu dərdə dəva?
Daneyi-xalinə ta kim, mürği-can qıldı təmə,Dami-zülfin həlqəsinə oldu canım mübtəla!
Ey mürüvvət mədəni, məndən kərəm qılma diriğ,Qənbərinəm mən sənin şahım bəeşqi-Mürtəza!
Özgə aşiqlər əgərçi dil verər dildarına,Bu Xətai xəstə gör, yolunda qıldı can fəda.