Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Ah kim, sən getdin, ey ay üzlü, can qaldı mana

XVI əsrin qəzəlləri
Ah kim, sən getdin, ey ay yüzlü, can qaldı mana,Can səninlə getdi cismi-natəvan qaldı mana.
Taki sən getdin yanımdan ey dilaramım mənim,Haləti-vəslin könüldə pasiban qaldı mana.
Gərçi gülzari-cəmalın getdi qarşımdan mənim,Dildə mehri-qamətin sərvi-rəvan qaldı mana.
Gər nihan oldu gözümdən ol pəri-peykər sənəm,Göydə mah anun yüzündən bir nişan qaldı mana.
Taki səndən ayrı düşdi bu Xətai xəstədil,Buyi-muyin müşk ilə ənbərfişan qaldı mana.