Dodağın qənd imiş, bal onda neylər?Nə nazik xətt imiş, xal onda neylər?
Əlifə nisbət etdim qəddü dalın,Əlif üstə, əlif, dal onda neylər?
O zahid geydiyi sufü sütürlat,Fəqirin geydiyi şal onda neylər?
Kimi kim, mali-mülki gənci yoxdur,Geniç mülk olmayan mal, onda neylər?
Xətai qal evindən halə yetdi,Bu bir hal evidir, qal onda neylər?