Söz Bulaq loqosu

Şair

Rəsul Rza

1910 (Göyçay) – 1981 (Bakı) · Quzey Azərbaycan

Janrlar sərbəst şeir, poema

Rəsul Rza

Rəsul Rza (tam adı: Rəsul İbrahim oğlu Rzayev; 6 (19) may 1910, Göyçay, Bakı quberniyası – 1 aprel 1981, Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycan SSR xalq şairi (1960), Stalin mükafatı laureatı (1951). Rəsul Rza 1910-cu il mayın 19-da Azərbaycanın Göyçay şəhərində maarifpərvər ailədə doğulmuşdur. Mənşə etibarilə Məmmədxanovlar nəslindən olan atası İbrahim kənddə mirzəlik və xırdavatçılıqla dolanmışdır. Anası Məryəm poetik istedada malik olmuş, öz şerlərini əzbər yadda saxlayırmış.

Atasını erkən itirmiş, anasının və yaxın qohumlarının himayəsində boya-başa çatmışdır. "Poeziya zəhmət və ilhamdır" avtobioqrafik qeydlərində R. Rza öz tərcümeyi-halına keçərkən belə qeyd etmişdir: Rza öz tərcümeyi-halında daha sonra yazırdı ki, onun evlinə qəzet və jurnallar gələrdi, "Molla Nəsrəddin", rus dilində çıxan "Niva", "Probujdeniye" nəşrlərini alırdı. Bütün bu faktorlar Rzanın mənəvi tərbiyəsində mühüm rolu olmuşdur. O, uşaqlıqdan ədəbi söhbətlərin getdiyi bir ailədə tərbiyə almışdır.

Məşhur əsərləri: Rənglər; Lenin

Bu şairin şeirləri hələ əlavə edilməyib.