Şair
Qulamhüseyn Beqdeli
Janrlar lirik şeir, sərbəst şeir
Qulamhüseyn Beqdeli 1919-cu ildə Duraqlı kəndində anadan olub. Burada orta və ali hərbi məktəbləri bitirmiş, İran şah ordusunun zabiti olmuşdur. Siyasi fəaliyyətinə görə həbs edilib, Kirmana göndərilmişdir. 6 aydan sonra sürgündən qayıdıb Güney Azərbaycanda demokratik hərəkata qoşulmuş, azadlıq ordusu tərkibində kapitan rütbəsinədək yüksəlmişdir.
Milli Hökumət dağıldıqdan sonra 1946-cı ildə siyasi mühacir kimi Şimali Azərbaycana gəlib. 1947-ci ildə Bakı Ali Partiya məktəbinə daxil olub. Sonradan isə sovet təhlükəsizlik orqanlarının uydurduğu saxta ittihamla həbsə olunmuş, 10 il azadlıqdan məhrum edilib Uzaq Şərqə, Kolımaya sürgün edilmişdir. Lakin 7 ildən sonra bəraət alaraq təhsilini davam etdirmiş, 1958-ci ildə Bakı Ali Partiya məktəbini bitirmişdir. 1958-ci ildən etibarən Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda böyük elmi işçi işləmişdir. 1960-cı ildə "Marağalı Əvhədinin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1968-ci ildə isə "Nizaminin "Xosrov və Şirin" poeması və bu mövzunun Yaxın və Orta Şərq ədəbiyyatında işlənməsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Bu şairin şeirləri hələ əlavə edilməyib.