Söz Bulaq loqosu

Şair

Osman Sarıvəlli

1905 (İkinci Şıxlı) – 1990 (Bakı) · Quzey Azərbaycan

Janrlar lirik şeir, poema

Osman Sarıvəlli (əsl adı Osman Abdulla oğlu Qurbanov; 17 dekabr 1905, İkinci Şıxlı, Yelizavetpol quberniyası – iyul 19902 iyul 1990 və ya 3 iyul 1990, Bakı) — Azərbaycan şairi, 1937-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairi (1977), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun müdir müavini. Osman Sarıvəlli 1905-ci il dekabrın 17-də Qazax rayonunun İkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olmuşdur. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bığır kənd məktəblərində müəllim işləmişdir (1926–1929).

Təhsilini artırmaq məqsədilə Moskvaya getmiş və burada Dövlət Universitetinin filologiya fakültəsində oxumuşdur (1929–1932). 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv olmuşdur. Bakı Pedaqoji texnikumunda müəllim (1932–1935), Bakı Teatr texnikumunda müdir (1939–1940), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, "Ədəbiyyat qəzeti"nin redaktoru, Uşaqgəncnəşrdə redaktor, Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələrində işləmişdir. Osman Sarıvəlli ədəbi yaradıcılığına 1933-ci ildə başlamışdır.

Bu şairin şeirləri hələ əlavə edilməyib.