Söz Bulaq loqosu

Şair

Nəriman Həsənzadə

1931 (Poylu) – 2026 · Quzey Azərbaycan

Janrlar lirik şeir, satirik şeir

Nəriman Həsənzadə

Nəriman Əliməmməd oğlu Həsənzadə (18 fevral 1931, Poylu, Qazax rayonu – 1 avqust 2026, Bakı) — şair, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1954), filologiya elmləri namizədi (1965), Azərbaycanın əməkdar incəsənət xadimi (1981), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990–1995), Mətbuat və İnformasiya nazirinin birinci müavini (1991–2001), Azərbaycanın xalq şairi (2005), Heydər Əliyev mükafatı laureatı (2017), "İlin şairi" makafatı (2010), "Şöhrət", "Şərəf" "İstiqlal" və "Heydər Əliyev" ordeni laureatı. 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir. Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında atasını (1932), iyirmi üç yaşında isə anasını itirib (1954). İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb.

Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuşdur. 1954–1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkiillik ədəbiyyat kursuna göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur.

Bu şairin şeirləri hələ əlavə edilməyib.