Ey həmdəmim, səni qanə qərq elər,Gəl tərpətmə yaralanmış könlümü.
Ayrı düşmüş vətənindən, elindən,Həmdərdindən aralanmış könlümü.
Könül verdik hər bivəfa yadlara,Hayıf oldu ömür, getdi badlara,
Fələk saldı dürlü-dürlü odlaraŞan-şan olmuş, paralanmış könlümü.
Qanlı yaşım gündən-günə bollandı,Axdı, axdı sinəm üstə kölləndi,
Yenə qəm sinəmi mindi yollandı,Heç bilməzəm yaralanmış könlümü.
Gözüm yaşı gündən-günə fərq elər,Eyb eləmək məni qana qərq elər,
Rövşən etməz yüz min günəş — bərq elər-Bu möhnətdə qaralanmış könlümü.
Vidadiyəm xəstə gözüm mərdümi,İtirmişəm qoşunumu, ordumu,
Çox təbibə şərh eylədim dərdimi,Heç görmədim çaralanmış könlümü.