Qatar-qatar olub qalxıb havaya,Nə çıxıbsız asimana, durnalar!
Qərib-qərib, qəmgin-qəmgin ötərsiz,Üz tutubsuz nə məkana, durnalar?!
Təsbih kimi qatarınız düzərsiz,Havalanıb ərş üzündə süzərsiz,
Gah olur ki, danə-xurə gəzərsiz,Siz düşərsiz pərişana, durnalar!
Ərz eləyim, bu sözümün sağıdır,Yollarınız həramidir, yağıdır,
Şahin-şunqar sürbənizi dağıdır,Boyanarsız qızıl qana, durnalar!
Əzəl başdan Bəsrə, Bağdad eliniz,Bəylər üçün ərməqandır teliniz,
Oxuduqca şirin-şirin diliniz,Bağrım olur şana-şana, durnalar!
Bir baş çəkin dərmandənin halinə,Ərzə yazsın, qələm alsın əlinə,
Vidadi xəstədən Bağdad elinəSiz yetirin bir nişana, durnalar!